Giriş Qeydiyyat
Gedənlər gəlmədi.. Qəm dünyasın oturtmuşam taxtıma, ...
Ulvi_Elchinoqlu 6 il əvvəl
Gedənlər gəlmədi..

Qəm dünyasın oturtmuşam taxtıma,
Hicran, həsrət sövq eyləyir vaxtıma,
Taleyimdə kim yazıldı baxtıma,
Hər kəs gəldi, tək gedənlər gəlmədi..

Söylə bəşər, nə vermişdin mənə sən ?
Bir tək candır, bəs edərmi sənə sən ?
Dar köksümdən nəfəs çəkdin yenə sən,
Nəfəs gəldi, tək gedənlər gəlmədi..

Qəlbimdə dağ oldu fəryadım, ahım,
Səbrim nökər, qəzəb olmuş padşahım,
Gələnlərə gözmü dəydi Allahım ?
Bir nəs gəldi, tək gedənlər gəlmədi..

Dərd yığıldı, dağ çəkildi qəlbimə,
Dostum deyib, qulaq verdim könlümə,
Söylədim ki, kimlər gəldi ömrümə ?
Bir səs gəldi, - tək gedənlər gəlmədi..
Hər kəs gəldi, tək gedənlər gəlmədi..
Rəy əlavə edilməyib
- Onlayn status
- Ulvi_Elchinoqlu lövhə
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status