Giriş Qeydiyyat
Könlüm hər vədə dözər hicrana səndən danışar, Dili zarım...
huseyn_9 4 ay əvvəl
Könlüm hər vədə dözər hicrana səndən danışar,
Dili zarım gələr hər vaxt cana səndən danışar.

Dərdi verdin,mənə dərman da vərərsən ya rəb,
Çarəsi olmasa gər loğmana səndən danışar.

O qədər könlümü eşq atəşinən yandırdın,
Dolanar hər yani,hər insana səndən danışar.


Qoyma əldən qələmi,əmri-XUDAdən cixma.
Gün olar köhnə nəsil dövrana səndən danışar.

Hafizi nar,cəhənnəm odu yandırsa əgər,
Gecə gündüz oturub şeytana səndən danışar.
 Rehberlik 4 ay əvvəl
Əsərin müəllifi kimdir???
* Bəyən
- Onlayn status
- huseyn_9 lövhə
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status