Giriş Qeydiyyat
Mən əlləri qabarlı bağbanam vətənimdə, Bağçamın...
Rehberlik 4 ay əvvəl
Mən əlləri qabarlı bağbanam vətənimdə,
Bağçamın güllərini yad əllər dərə bilməz.

Gəzişir candan əziz sevgilim gülşənimdə
Eşqimin cəlalını kor gözlər görə bilməz.

Ürəyimin gözüdür kainata pəncərə,
Qəlbimə həkk olunur gördüyüm hər mənzərə,

Dünyanın mahnıları oxunsa milyon kərə
Bir ana laylasının yerini verə bilməz.
Süleyman Rüstəm
Rəy əlavə edilməyib
- Onlayn status
- Rehberlik lövhə
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status