Giriş Qeydiyyat
Yetər çıldırdınız, «hökumət» deyə, Evləri yıxdınız...
Rehberlik 4 ay əvvəl
Yetər çıldırdınız, «hökumət» deyə,
Evləri yıxdınız , «ədalət» deyə.
Məzlumlar qanından badə sondunuz,
Qarğa-quzğun kimi leşə qondunuz.
«Qanun» deyə doğru yoldan caydınız,
Xalqın namusunu heçə saydınız.
Aldıqları nəfəs–zəhərli ahlar,
Qidasız cocuqlar ot yeyib yaşar.
Söylə, öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?

Abdulla Şaiq
Rəy əlavə edilməyib
- Onlayn status
- Rehberlik lövhə
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status