Giriş Qeydiyyat
Hüseyn Hafiz - Hüseyn Hafiz Əsəri

Hüseyn Hafiz Əsəri

Olmaseydin sən əgər,dərdi sərim olmaz idi,
Məni viran eliyən qəm kədərim olmaz idi.

Gəlməseydi yuxuma hər gecə pünhan pünhan,
İnan eşqindən onun heç xəbərim olmaz idi.

Kaş görüm ki məni səhrada Xuda məskun edib,
Dərdin izhar eləmək bir nəfərim olmaz idi.

Bu qızıl vaxtımı israf eləməzdim mən əgər,
Kim bilir ki bu cahanda nələrim olmaz idi?!

Saqi mey vermə günüm indi ibadətlə keçir,
Yoxsa biçarə qalardım,nəzərim olmaz idi

Varlığım şer qəzəllərdi mənimçün,yoxsa
Sanki barsız bir ağacdım bəhərim olmaz idi.

Qoymasaydi o zaman sevgili yar Hafizi-zar,
Bu qədər xalqın içində dəyərim olmaz idi.

Hüseyn Hafiz 29 April 2021 в 14:24

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status