Giriş Qeydiyyat
Hüseyn Hafiz - Hüseyn Hafiz Əsəri

Hüseyn Hafiz Əsəri

Qəlb vermib, sanki vermiş Tanrı zalım yarə daş.
Yar demə ey dil,dilin yansın denən bir qarə daş.

Dərdimi insanə açdım susdu daştək dinmədi.
İnsan olsaydi bu dərdə eyliyərdi çarə daş.

Çox bəlalər çəkdi başım daş ürəkli yardən,
Səndə ya Rəbb bu bəlalı başa sal bir parə daş.

Bir ömür dostluq edən şeytanə indi daş atir.
Qorxuram bir gün gələr şeytan atar zəvvarə daş.

Gəl diyən çox,əl tutan yox mən qəribin başına,
Qaldırıb yerdən atar hər sər səri avarə daş.

Daqlarin dərin dibində doqranib və daşınıb.
Danə danə qüzlənib dönmüş dama divarə daş.

Hafizəm! Arzum o dur ki yar gələ söz bağıma,
Xoşdu hər dəfə atarsa yazdığım əş'arə daş.

Hüseyn Hafiz 29 April 2021 в 14:26

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status