Giriş Qeydiyyat
Hüseyn Hafiz - Hüseyn Hafiz Əsəri

Hüseyn Hafiz Əsəri

Könlüm hər vədə dözər hicrana səndən danışar,
Dili zarım gələr hər vaxt cana səndən danışar.

Dərdi verdin,mənə dərman da vərərsən ya rəb,
Çarəsi olmasa gər loğmana səndən danışar.

O qədər könlümü eşq atəşinən yandırdın,
Dolanar hər yani,hər insana səndən danışar.


Qoyma əldən qələmi,əmri-XUDAdən cixma.
Gün olar köhnə nəsil dövrana səndən danişar.

Hafizi nar,cəhənnəm odu yandırsa əgər,
Gecə gündüz oturub şeytana səndən danışar.

Hüseyn Hafiz 29 April 2021 в 14:30

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status