Giriş Qeydiyyat
Hüseyn Hafiz - Hüseyn Hafiz Əsəri

Hüseyn Hafiz Əsəri

Könül cuşə gəlir hərdəm,olarkən yar olan yerdə,
Rəvadır mı məni qoysun cəmalın xar olan yerdə?!

Səni gördükdə ar eylər gözüm baxmaz,dilim dinməz,
Bilir Tanrım nəyə etdün məni vadar olan yerdə.

Bəşərsən mi,mələksən mi dəqiq heç kim deməz,ey dil,
Xəbərsiz çox bizi qoydun dili bimar olan yerdə.

Amandı,kuyini yarı,bu cür  tərk etmə,ey dilbər,
Axı getsən kimə könlüm qala qəmxar olan yerdə?

Məhəbbət himnini hər gün edir ifa sevən qəlbim,
Ola bilməz axı heç kim sənə oxşar olan yerdə.

Sənə gündüz-gecə tərif desin Hafiz  qəzəllərdən,
Bütün aləm gələr canə məhəbbət var olan yerdə.

Hüseyn Hafiz 29 April 2021 в 14:31

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status