Giriş Qeydiyyat
Hüseyn Hafiz - Hüseyn Hafiz Əsəri

Hüseyn Hafiz Əsəri

Atalar yaxşı deyib:"Süfrəyə nemətdi çörək",
Hər nahar süfrədə Allahdan əmanətdi çörək.

Bəzi yerlərdə çörək parçası nadir tapılır,
O tərəflərdə qızıldan baha zinətdi çörək.

Bəzilər var düşünür ki bu çörək müftə gəlir,
Nə bilirlər ki doğurdan nə əziyyətdi çörək?!

Su balıqçün,qan ürəkçün,yanacaq nəqliyyata,
Adama ömr eləməkçün də zəmanətdi çörək.

Rast gəlib şükr elə,ey bəndə,çalış hər boyata,
Çörəyi tollamaq olmaz,axı sərvətdi çörək.

Hafiza,şükr elə gər olmasa hər gün naharın,
Adama tox olmağa məncə kifayyətdi çörək.

Hüseyn Hafiz 1 May 2021 в 01:23

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status