Giriş Qeydiyyat
Hüseyn Hafiz - Münasib Əsəri

Münasib Əsəri

Yox aşina olsun mənə həmxanə münasib,
Nola tək olum sevgili cananə münasib.

Bica yerə,ey dil,sənə Leyla deməsinlər,
Hərgah desələr,mən sənə divanə münasib.

Nəfsilə cihad eyləsin hərdəm qərək insan,
Ömrün yaşasın təqvası imanə münasib.

Xoşdu dolanım başına,ey gül,gözüm üstə,
Yansam oda eynən yana  pərvanə münasib.

Hər dövrana uyğunlaşar axır əzəl hamı,
Dövran özü hec olmasın insanə münasib.

Boş-boş danışan çoxdu bu dövranda  o üzdən,
Hafiz,elə söz yaz ola dövranə münasib.

Hüseyn Hafiz 3 May 2021 в 18:55

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status