Giriş Qeydiyyat
Hüseyn Hafiz - Dünyada Əsəri

Dünyada Əsəri

Görər dərdü-bəla ilə məni bimarı dünyada,
Tapar axırda hər aşiq olan,qəmxarı dünyada.

Qəmi möhnət əzabın mən kimi, yalnız çəkib Məcnun,
Gəzir indi hal-hazırda onun təkrarı dünyada.

Məhəbbət sirrini pünhan elə qəlbində,faş etmə.
Gələ gün ki qalar axır onun izharı dünyada.

Çalış insanlığı tut,etmə çox bədniyyət,ey qafil,
Kim etsə yaxşılıq,görməz acı rəftarı dünyada.

Bu eşqi vadisində qalmağım  mənası yox indi,
Görmədim bənzəri,çün sevdiyim dildarı dünyada.

Hafiza! Cəhd elə şerin tapar ünvanı dildarın,
Özün getsən qalar ancaq ulu göftarı dünyada.

Hüseyn Hafiz 12 May 2021 в 15:20

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status