Giriş Qeydiyyat
Hüseyn Hafiz - Saldı hicran qəmi... Əsəri

Saldı hicran qəmi... Əsəri

Saldı hicran qəmi Fərhadı o dağdan bu dağa,
Məni də həmən o hicran sala yardan uzağa.

Sən gülüstanda bitən nadir olan tərgülsən,
Heyif olsun buna bağban ola bilməm o bağa.

Yoxdu bir şey ola məxsus mənə candan geyri,
Dilbərim canımı istər,ona qurban sadağa.

Olmasan da mənə həmdəm,yenə qorxum olmaz;
Mənə sevmək səni heç kim qoya bilməz qadağa.

Ümüdüm var bizə mehman gələ bir gün o gözəl,
Eliyər məclisi heyran,hamı dursun ayağa.

Aşiqin adətidir naleyi-əfqan eləsin,
Hanı bəs mən sevən afət,niyə gəlmir sorağa?

Dəli divanəliyi səndə çəkirsən,Hafiz.
Buyur artıq,qoşul indi bu bizim ittifaqa.

Hüseyn Hafiz 21 June 2021 в 22:16

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status