Giriş Qeydiyyat
Hüseyn Hafiz - Eşqin mənə yer versə... Əsəri

Eşqin mənə yer versə... Əsəri

Eşqin mənə yer versə,biganələr içində,
Yəqin qalaram tənha,həmxanələr içində.

Acizlər arasında mərdanəlik etməkdən,
Xoşdur yaşamaq aciz,mərdanələr içində.

Bir zərrə həqiqət yox,əfsanə nağıllarda,
Eşqim bir həqiqətdir,əfsanələr içində.

Şəm tək məni yandırdı hüsnü o ğözəl yarın,
İndi gəzirəm məndə,pərvanələr içində.

Mey vermə mənə,Saqi,meydən uzağam indi,
Baxma ki keçir ömrüm meyxanələr içində.

Ölsəm fəqət,ey Hafiz,yad eyləyər aşiqlər,
İsmim qala tarixdə,divanələr içində.

Hüseyn Hafiz 28 June 2021 в 17:32

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status