Giriş Qeydiyyat
Hüseyn Hafiz - Hərdən-birdən Əsəri

Hərdən-birdən Əsəri

Düşürəm səndən ötrü hicrana hərdən-birdən,
Qəmə düşmək yaraşır insana hərdən- birdən.

O du ki bəzi sevənlər bizə çox qibtə edir,
Oxşadır qul özünü soltana hərdən-birdən.

Gecələr tənha qalıb ahu fəğan eylə,könül,
Bilirəm yar da gəlir əfqana hərdən-birdən.

Nə qədər təbəssümlə gizlədəsən dərdi-qəmi?
Ağla,ey dil,o xeyrdi cana hərdən-birdən.
 
Uydu dünya qəminə,aşiqini yad eləmək,
Gəlir,əfsus ki,gözəl canana hərdən-birdən.

Əvvəl heç gəlməz idi,indi şükürlər buna da,
Dilbərim gəlir bizim ünvana hərdən-birdən.

Xalqıvı tazə qəzəllərlə sevindir,Hafiz!
Yaranır sən kimisi dövrana hərdən-birdən.

Hüseyn Hafiz 17 July 2021 в 21:34

- Hüseyn Hafiz
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status