Giriş Qeydiyyat
Sədi Yaradanqulu - Şükür dedim İlahi Əsəri

Şükür dedim İlahi Əsəri

Aldanmadım sərvətinə dünyanın,
Göz toxuluğma şükür dedim, İlahi!
Milyonçunu ağlar gördüm həyatda,
Yoxsulluğma şükür dedim, İlahi!

Mən tənhayam, mavi göydə Ay kimi,
Çox sakitəm, lal bir axan çay kimi.
Yaranmışam kimə sovqat, pay kimi,
Kasıblığma şükür dedim, İlahi!

Uymamışam min bir şeytan felinə,
Şeytanların xisletinə, helinə,
Düşməmişəm fırıldaqçı əlinə,
Ayıqlığma şükür dedim, İlahi!

Halallıqla qazandığım yemişəm,
Ruzumu sən yetir Allah, demişəm,
Nə tapmışam, qismətimdir bilmişəm,
Toxluğuma şükür dedim, İlahi!

Bir kimsəyə küsənmədim, küsmədim,
Nadanlarla mən duz-çörək kəsmədim,
Nə əl açıb qapı ağzı kəsmədim,
Məğrurluğma şükür dedim, İlahi!

Mən yuxudan oyananda hər səhər,
Səcdə etdim, dərgahıma sərasər.
Günlərimi keçirərək birtəhər,
Varlığına şükür dedim, İlahi!

Sədi Yaradanqulu 20 April 2021 в 15:50

- Qarışıq şeir və qəzəllər
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status