Giriş Qeydiyyat
Rasim Zəka - Rasim Zəka Əsəri

Rasim Zəka Əsəri

Daha hörmətə yox pula baxırlar
Yaman pis gətirib həyat ay brat
Yetimi, zəifi həmişə sıxırlar
Bəlkə səhv deyirəm brat ay brat.

Bilmirəm buların nə var dalında
Maşın altdarında, makar dalında
Gəncliyim heç olur divar dalında
Ömürdən oğruyur saat ay brat
Bəlkə səhv deyirəm brat ay brat.

Min çarə tapılır, mində problem
Çayçıda problem, tində problem
Sənə lazımdımı gündə problem ?
Dolandır başını rahat ay brat
Bəlkə səhv deyirəm brat ay brat.

Dünyanı yaradan verir savabı
Özüdə çəkəcey haqqı hesabı
Bu yanda yazılır əməl kitabı
O yanda qoyulur peçat ay brat
Bəlkə səhv deyirəm brat ay brat.

Əyilmə heç kimə gül, ağlayınca
Qabağla o səni qabağlayınca
Heçnədən kimisə biçağlıyınca
Bir dənə qarışqa yarat ay brat
Bəlkə səhv deyirəm brat ay brat.

Rasim Zəka 13 May 2021 в 21:55

- Qarışıq şeir və qəzəllər
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status