Giriş Qeydiyyat
Şahmar Əkbərzadə - Ona yanıram ki Əsəri

Ona yanıram ki Əsəri

Ona yanıram ki, əsrlər boyu
Sabahı düşünüb, daşınmadıq heç.
Düşünmək haqqımız özgələrdədir,
Onu qaytarmağı düşünmədik heç.

Ona yanıram ki, öz varımızı
Özgəyə pay verib, ona əl açdıq .
Yadların dilindən tərif diləndik,
Yalançı şöhrətə-şana əl açdıq

Ona yanıram ki, düşə bilmədi
Fəxri xiyabana neçə fəxrimiz
Şərəf lövhəsinə vurdular bizi,
Düşdü ayaqlara öz şərəfimiz

Ona yanıram ki, iş bacarmadıq ,
Sazda gül vurmağı bacardıq ancaq.
Bizi aldadanın boş hay-küyünə
Əla əl vurmağı bacardıq ancaq

Ona yanıram ki, Burlaxatunun
Ruhu alovlanar, məzarı inlər
İndi balasına layla çalammır
Analıq taxtına çıxan gəlinlər

Ona yanıram ki, xeyiri şərdən
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik...

Şahmar Əkbərzadə 25 May 2021 в 00:16

- Qarışıq şeir və qəzəllər
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status