Giriş Qeydiyyat
Səməd Vurğun - Şeir və qəzəllər
20 June 2021 в 17:52 img Səməd Vurğun
Aşıq, bağrına bas sədəfli sazı,
Min cavablı bir sualdan danışaq;
Meydan quraq, səhbət açaq, saz tutaq,
Gül yanaqlı qoşa xaldan danışaq.

ardın oxu
* Oxunub 62 * Rəylər 0
20 June 2021 в 17:51 img Səməd Vurğun
Səhər-səhər seyrə vardım qızıl gülün yanağını,
Açdı könlüm şirin-şirin nəğməli ney dodağını.

Ey ariflər, nəzər salın təbiətin qurğusuna,
ardın oxu
* Oxunub 45 * Rəylər 0
20 June 2021 в 17:49 img Səməd Vurğun
Yazın novbarısan bizim diyarda,
Qıvrım tellərini sana, bənövşə!
Mən səni sevmişəm bir ilk baharda,
Könlümü vermişəm sana bənövşə!

ardın oxu
* Oxunub 41 * Rəylər 0
20 June 2021 в 17:48 img Səməd Vurğun
Bülbül! Səhər-səhər qonaq budağa,
Günəşin eşqinə bir dastan qoşaq!
Ötək bağçamızda dodaq-dodağa,
Yarpaq inciməsin, əyilməsin şax,
ardın oxu
* Oxunub 42 * Rəylər 0
20 June 2021 в 17:47 img Səməd Vurğun
Belə deyirlər ki, səndə "hünər" var.
Bacaran insanın gözü dar olmaz.
Yaxşı söyləmişdir bizim atalar:
"Müxənnət adamda düz ilqar olmaz!"

ardın oxu
* Oxunub 63 * Rəylər 0
20 June 2021 в 17:43 img Səməd Vurğun
Bahar nə xoş gəlir, ruha dad verir.
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.

ardın oxu
* Oxunub 37 * Rəylər 0
20 June 2021 в 17:40 img Səməd Vurğun
Sevgilim, insanın ömrü gödəkdir,
Ömür bir quş kimi uçacaq əldən.
Bizə də belə bir gün gələcəkdir,
Dünya bu hökmünü vermiş əzəldən.

ardın oxu
* Oxunub 38 * Rəylər 0
20 June 2021 в 17:39 img Səməd Vurğun
Girib Şah dağının qoynuna sarı
Getdikcə gözlərdən uzaqlaşdınız;
Qartallı Qafqazın mərd oğulları,
O qarlı dağları asan aşdınız.

ardın oxu
* Oxunub 33 * Rəylər 0
20 June 2021 в 17:36 img Səməd Vurğun
Bir tərəfdə düyün, bir tərəfdə yas,
Böylə keçinmişdir dilsiz əsrlər.
Şairim, könülün dediyini yaz,
Odur bu dünyada ən böyük əsər.

ardın oxu
* Oxunub 29 * Rəylər 0
20 June 2021 в 17:35 img Səməd Vurğun
Əlim tərpənməmiş oyna yerindən,
Nəzil qamçı kimi səyirdəndə sən.
Büdrəsən, qalaram yarı yolda mən,
A köhnə yoldaşım, a köhlən atım!
ardın oxu
* Oxunub 24 * Rəylər 0
- Əsər əlavə et
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status