Giriş Qeydiyyat
Səməd Vurğun - A Köhlən atım Əsəri

A Köhlən atım Əsəri

Əlim tərpənməmiş oyna yerindən,
Nəzil qamçı kimi səyirdəndə sən.
Büdrəsən, qalaram yarı yolda mən,
A köhnə yoldaşım, a köhlən atım!
Buğlana-buğlana köpüklən, atım!

Aranda, yaylaqda kömək ol elə,
Yerişin oxşasın əsən ağ yelə;
Arpanı kəsmərəm ac qalsam belə,
Yaman günlərimin gərəyi atim,
İnsanın dar gündə köməyi atım.

Qoy vurum belinə gümüş yəhəri,
Bir yol ayrıcında açaq səhəri...
Gəzib oymaq-oymaq kəndi, şəhəri,
Harda var axtaraq düşməni, atım!
Onları vaxt ikən gör, tam, atim!

Bu bir manevradır indi səninçin...
Qoy dalğalar kimi döyünsün için;
Göydən üstümüzə düşən göyərçin
Düşmənin yerini bildirsin, atım!
Qoyub dizlərini yerə sin atım!

Qaranlıq düşəndə qulağını çat,
Asta get, nalıyın səsıni alçalt!
Desinlər ustadır mindiyin bu at,
Candan əziz tutum səni mən, atım!
Bəzən insan kimi düşünən atım!

Canın poladdandır, qolların dəmir;
Komandan orduya verəndə əmr,
Duşmənin başını qoparıb gəmir,
Ey aslan ürəkli, pəhləvan atım!
Əslində mülayim, mehriban atım!

Səməd Vurğun 20 June 2021 в 17:35

- Səməd Vurğun
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status