Giriş Qeydiyyat
Səməd Vurğun - Alqış Əsəri

Alqış Əsəri

Girib Şah dağının qoynuna sarı
Getdikcə gözlərdən uzaqlaşdınız;
Qartallı Qafqazın mərd oğulları,
O qarlı dağları asan aşdınız.

O boz dumanlarda qanad salır quş,
Soyuqdan od kimi qızarır üzlər.
Deyirlər sizə bir əyləncə olmuş
Yuxusuz gecələr, yorğun gündüzlər.

O dar keçidlərin qucağında siz
Çaldnız ilk dəfə "Budyonnu marşı".
Dildə dastan olan tunc iradəniz
Nələr vəd eylədi düşmənə qarşı?!

Qatır dırnaq salan qayalıqları
Bir yeni qüdrətlə yanb keçdinız.
Əridi hirsindən dağların qarı,
Bulaqlar başında yeyib içdiniz.

Dönüb qaçmadınz borandan, qardan
Var olsun qəhrəman böyüdən ana!
Gelir sorağınız manevralardan,
Alqış ananıza - Azərbaycana!

Səməd Vurğun 20 June 2021 в 17:39

- Səməd Vurğun
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status