Giriş Qeydiyyat
Səməd Vurğun - Təranə Əsəri

Təranə Əsəri

Sevgilim, insanın ömrü gödəkdir,
Ömür bir quş kimi uçacaq əldən.
Bizə də belə bir gün gələcəkdir,
Dünya bu hökmünü vermiş əzəldən.

Gəl duraq yanaşı, xəyala varaq,
Bizə layla desin suların səsi;
Dünyadan xoş keçən bir gün aparaq,
Qazancdır gəncliyin hər xoş nəğməsi.

Atıl cəbhələrdən, keç cəbhələrdən
Ömrünün bu əziz, bu gənc yaşında.
Mənim anam kiıni gəl oturma sən
Gecələr ağlayan beşik başında.

Gözəldır avazın, xoşdur nəfəsin
Coşub, tribunadan danışanda sən;
Döyünən ürəyin, gurlayan səsin
Bizə xəbər versin qərinələrdən.

Sevgilim, könlümdən keçənləra bax:
Gəl salama çıxaq ellərimizə!
Dastanlar yaradaq, dastanlar yazaq,
Gələcək duyğusuz deməsin bizə..

Səməd Vurğun 20 June 2021 в 17:40

- Səməd Vurğun
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status