Giriş Qeydiyyat
Səməd Vurğun - Dargöz Əsəri

Dargöz Əsəri

Belə deyirlər ki, səndə "hünər" var.
Bacaran insanın gözü dar olmaz.
Yaxşı söyləmişdir bizim atalar:
"Müxənnət adamda düz ilqar olmaz!"

Üzümə dost kimi bəzən gülürsən,
Dalda paxıllıqdan yanıb ölürsən;
Tez-tez dəyişdirmə vallarını sən,
İlandan, iblisdən aşna, yar olmaz!

Vaxtsız xoruz olub çıxırsan dama,
Səsin gülünc gəlir qanan adama;
Qəlbin çamırlıqdır, çox qırıldama,
Qurbağa səsindən qulaq kar olmaz!

Mən az görməmişəm badalaqları.
Min fırıldaq gələn o alçaqları;
Catdı gəncliyimin bahar çağları,
Vaxtsız çiçək tökən bir bahar olmaz!

Konlümün otağı buludlardadır.
Elə zənn etmə ki, ömrüm dardadır.
Bəs sənin dərrakən, ağlın hardadır?
Tərlan oylağında qarğa, sar olmaz!

Get, get, gözlərimə görünmə bir də,
Mənim oylağımdır bu göy də, yer də;
Sən ayaq döyürsən qaldığın yerdə,
Yerində sayandan sənətkar olmaz!

Səməd Vurğun 20 June 2021 в 17:47

- Səməd Vurğun
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status