Giriş Qeydiyyat
Səməd Vurğun - Bülbül Əsəri

Bülbül Əsəri

Bülbül! Səhər-səhər qonaq budağa,
Günəşin eşqinə bir dastan qoşaq!
Ötək bağçamızda dodaq-dodağa,
Yarpaq inciməsin, əyilməsin şax,
Günəşin eşqinə bir dastan qoşaq!

Seyr et bu varlığı, şeyda bülbülüm!
Həyata müjdədir hər yeni bəstən;
Bağrının başında qalmamış zülüm,
Sən də insan kimi çıxdın qəfəsdən,
Həyata müjdədir hər yeni bəstən.

Bülbülüm, köksünün alti sarıdır,
Mehriban yaratmış səni təbiət;
Bu torpaq bülbüllər laləzarıdır;
Gözəldir səndəki bu söz, bu sənət,
Mehriban yaratmış səni təbiət..

Özün bilirsə ki, mən gözəlliyə
Əzəldən vurğunam... Gözəl-həyatdır!
Azadlıq, qurluluş bizdədir deyə,
Hər yeni istəyin bir kainatdır,
Sevdiyim gözəlin adi həyatdtr.

Gəl, şeyda bülbülüm, verək səs-səsə,
Qardaşlıq adına min söhbət açaq.
Deyək şərqimizi nəfəs-nəfəsə,
Hər sözün başında bir sənət açaq;
Qardaşlıq adına min söhbət açaq.

Səməd Vurğun 20 June 2021 в 17:48

- Səməd Vurğun
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status