Giriş Qeydiyyat
Səməd Vurğun - Danışaq Əsəri

Danışaq Əsəri

Aşıq, bağrına bas sədəfli sazı,
Min cavablı bir sualdan danışaq;
Meydan quraq, səhbət açaq, saz tutaq,
Gül yanaqlı qoşa xaldan danışaq.

Qoy söz alım bir günahsız dodaqdan,
Düşmən baxıb həsəd çəksin uzaqdan;
Yar bəzənib çıxan zaman otaqdan,
Başındakı güllü şaldan danışaq.

Vurğun deyər: bir dərd bilən yar olsun,
Zülfü bulud, ağ sinəsi qar olsun,
Yaxşı gündə, yaman gündə var olsun,
Qədir bilən əhli-haldan danışaq.

Səməd Vurğun 20 June 2021 в 17:52

- Səməd Vurğun
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status